bazar, 17 avqust 2025

DÜNYA FUTBOLU

“Trabzonspor”un yeni baş məşqçisi bilindi

10.11.2020 16:08 Oxundu 497

 “Trabzonspor”un yeni baş məşqçisinin adı rəsmən açıqlanıb.

“CEMPİON.AZ” xəbər verir ki, “bordo-mavililər” “Beşiktaş”ın sabiq çalışdırıcısı Abdullah Avcı ilə münasibətləri rəsmiləşdiriblər.
Mövsümə uğursuz başladıqdan sonra ingiltərəli Eddi Nyutonla yollarını ayıran Qara dəniz təmsilçisi yerli mütəxəssislə 2,5 illik müqavilə imzalayıb. Cari mövsümdəki qazancı 5 milyon lirə təşkil edəcək Avcı növbəti iki mövsümdə müvafiq olaraq 6,5 milyon və 8,5 milyon lirə əldə edəcək.

Qeyd edək ki, "Trabzonspor" Super Liqada 8 turdan sonra 6 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.