11.11.2020 12:17
464

Ukraynanın “Aleksandriya” klubu oktyabrın ən yaxşı futbolçusunu müəyyənləşdirib.
“CEMPİON.AZ” xəbər verir ki, azarkeşlər arasında aparılan səsvermə zamanı ən çox səsi Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayev toplayıb.
Cinah oyunçusu digər namizədlər Vladislav Babaqlo və Vasili Qritsuku qabaqlayıb. Azarkeşlərin fikrincə, ötən ay ərzində baş tutan 4 qarşılaşmanı hamıdan üstün keçirən futbolçu Paşayev olub.
Qeyd edək ki, “Aleksandriya” oktyabrda keçirdiyi 4 matçın 1-də qələbə qazanıb, 1-də heç-heçə edib, 2-də məğlub olub.