bazar, 17 avqust 2025

DÜNYA FUTBOLU

Ərsun Yanal yeni müqavilə imzalayacaq

11.11.2020 12:41 Oxundu 475

Türkiyənin “Antalyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

“CEMPİON.AZ” xəbər verir ki, Super Liqa təmsilçisi Ərsun Yanalla anlaşıb.

Klubun mətbuat xidməti 59 yaşlı mütəxəssislə bu gün münasibətlərin rəsmiləşdiriləcəyini açıqlayıb. “Fənərbaxça”nın sabiq çalışdırıcısı yeni komandası ilə 2,5 illik saziş bağlayacaq. Yanal müqavilədən dərhal sonra komandasını ilk məşqinə çıxaracaq.

Qeyd edək ki, yaxın günlərdə Super Liqanın digər təmsilçiləri “Trabzonspor” və “Gənclərbirliyi” də baş məşqçisini dəyişib.