11.11.2020 15:34
495

Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Bruno Tavares güllələnib. 18 yaşlı yarımmüdafiəçi sinəsindən vurulub.
“CEMPİON.AZ” xəbər verir ki, hadisə yanacaqdoldurma məntəqəsində və qəza nəticəsində baş verib. Tavaresin dostları avtomobildə tapança ilə zarafat ediblər və səhvən atəş açılıb. Dərhal xəstəxanaya yerləşdirilən futbolçunun həyatını xilas etmək mümkün olub. Əməliyyat olunan Tavareşin durumu yaxşıdır.
Tavares “Sportinq”in B komandasında forma geyinir.