11.11.2020 16:40
471


21 yaşadək futbolçulardan ibarət Ermənistan yığması Avropa çempionatının seçmə mərhələsində İsveç və İslandiya ilə keçirəcəyi oyunlar üçün Kiprə yollana bilməyib.
“CEMPİON.AZ” xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
Komandanın bir neçə oyunçusunun koronavirusa yoluxması səfərə əngəl olub. U-21-ə uyğun yaşda olan futbolçuların ölkəni tərk etmək üçün icazələrinin olmaması federasiyanı belə qərar verməyə vadar edib.
UEFA məsələ ilə əlaqədar Ermənistana rəqib olan ölkələrin federasiyalarını məlumatlandırıb.