12.11.2020 11:52
482

Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
“CEMPİON.AZ” xəbər verir ki, Canni de Byazinin baş məşqçisi olduğu yığmamız Sloveniya ilə yoldaşlıq görüşünə çıxıb. Lyublyananın “Stoyitse” stadionunda keçirilən matçda qapılara qol vurulmayıb.
Bu, komandamızın 2020-ci ildə ilk yoxlama oyunu olub.
Qeyd edək ki, millimiz bundan sonra Millətlər Liqasında noyabrın 14-ü Monteneqro, noyabrın 17-i Lüksemburqla qarşılaşacaq.
11 noyabr
Yoxlama oyunu
Sloveniya – Azərbaycan - 0:0
Baş hakim: Ferens Karako (Macarıstan)
Lyublyana, “Stoyitse” stadionu