12.11.2020 11:57
463


“Bəzi oyunçuları sınaqdan keçirmək üçün yaxşı oyun oldu. Güclü rəqibə qarşı oynayırdıq. Oyuna yaxşı başladıq. İlk hissədə topa nəzarət edən tərəf biz idik. Oyunun əvvəlində İsmayıl İbrahimlinin qol vurmaq imkanı oldu, təəssüf ki, istifadə edə bilmədi. İnkişaf etməyimiz üçün lazımlı oyun idi".
“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi Sloveniya ilə qolsuz bərabərə qaldıqları yoxlama oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
O, ilk dəfə şans verdiyi futbolçuların oyunundan razı qaldığını bildirib: "Xüsusən, ilk hissədə Tellur Mütəllimovun oyunu daha yaxşı alındı. İkinci hissədə oyuna daxil olan Musa Qurbanlı da topla az təmin olunmasına baxmayaraq, özünü yaxşı tərəfdən göstərə bildi".
De Byazi bildirib ki, Monteneqro millisi ilə oyun onlar üçün çox vacibdir: "İlk oyunda pis oynamamışdıq. Təəssüf ki, nəticə istədiyimiz kimi olmamışdı”.