bazar, 17 avqust 2025

BİZİM FUTBOL

Milli komandamıza görə dronlara qadağa qoyuldu

12.11.2020 12:19 Oxundu 475

Lüksemburqda futbol milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunun Azərbaycanla oyun günü dronların uçuşuna qadağa qoyulub.

“CEMPİON.AZ” "lessentiel.lu" saytına istinadən xəbər verir ki, sözügedən görüşdə baş verə biləcək mümkün təxribatın qarşısını almaq üçün bu addımı atıb. Bildirilib ki, matçın keçiriləcəyi noyabrın 17-i bütün dronların uçuşuna qadağa ilə bağlı qərar qəbil edilib.

Qeyd edək ki, 2018/2019 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinin "Düdelanj" - "Qarabağ" oyununda (1:4) ermənilər tərəfindən təxribat törədilmişdi. Matçın birinci hissəsində Ağdam klubunun 30-cu dəqiqədə vurduğu ikinci qoldan sonra stadionun üzərinə dronla separatçı rejimin bayrağı gətirilmişdi.