12.11.2020 12:28
454


Monteneqro millisinin futbolçuları Marko Simiç və Momçilo Raspopoviç UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Azərbaycanla oyunu buraxacaqlar.
“CEMPİON.AZ” xəbər verir ki, müdafiəçilər cəza səbəbindən sözügedən matçda meydana çıxa bilməyəcəklər.
Qeyd edək ki, noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Laljak-İviç” stadionunda keçiriləcək Azərbaycan - Monteneqro görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.