bazar, 17 avqust 2025

DÜNYA FUTBOLU

AÇ- 2020-nin son iştirakçılar müəyyənləşir

12.11.2020 12:37 Oxundu 514

Bu gün AÇ-2020-nin pley-off mərhələsinin son 4 oyunu baş tutacaq.
 
“CEMPİON.AZ” xəbər verir ki, bununla da gələn il keçiriləcək finalın iştirakçıları müəyyənləşəcək. 
 
D yolunda Gürcüstan Şimali Makedoniya ilə, A yolunda Macarıstan İslandiya ilə, B yolunda Şimali İrlandiya  Slovakiya ilə, C yolunda Serbiya Şotlandiya ilə üz-üzə gələcək.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən AÇ-2020-nin final mərhələsi 1 il sonraya təxirə salınmışdı. Seçmə mərhələdə isə çempionatın 20 iştirakçısı müəyyənləşib. Bunlar Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna, Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya, Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya, Uels və Finlandiyadır.
 
AÇ-2020, pley-off mərhələsi
Final
12 noyabr
 
A yolu

23:45. Macarıstan – İslandiya
 
B yolu

23:45. Şimali İrlandiya – Slovakiya
 
C yolu

23:45. Serbiya – Şotlandiya
 
D yolu

21:00. Gürcüstan - Şimali Makedoniya