bazar, 17 avqust 2025

BİZİM FUTBOL

“Qarabağ”ın maraqlandığı qapıçı Avropaya gəlmək istəyir

12.11.2020 13:26 Oxundu 484


Son iki transfer dönəmində “Qarabağ”ın maraq dairəsində olan argentinalı qapıçı Markos Dias Avropaya köçmək niyyətinə düşüb.

“CEMPİON.AZ” xəbər verir ki, bunu 34 yaşlı qolkiper özü yerli mətbuata açıqlamasında bildirib.

Ötən ay ölkəsində “Boka Xuniors”dan “Talleres” klubuna keçən Dias buna baxmayaraq, orada çox qalmaq fikrində deyil: “Hər zaman oyunumu yaxşılaşdırmağa, inkişaf etdirməyə və yeni çağırışlar axtarmağa çalışıram. Bundan sonra həyata keçirmək istədiyim yeganə şey Avropaya yollanmaq, xaricdə legioner həyatı yaşamaqdır”.

Qeyd edək ki, Markos Dias karyerası ərzində yalnız Argentinada çıxış edib.