bazar, 17 avqust 2025

DÜNYA FUTBOLU

Yazıcıya təkliflər gəlməyə başladı

12.11.2020 16:28 Oxundu 454

Fransanın “Lill” klubunun futbolçusu Yusuf Yazıcı komandasını dəyişə bilər.

“CEMPİON.AZ” xəbər verir ki, 23 yaşlı hücumameyilli oyunçunun İngiltərəyə köçmək variantı yaranıb.

Türkiyə millisinin üzvünün “Lill”də sərgilədiyi parlaq oyun “Arsenal”ın diqqətini cəlb edib. London təmsilçisi onu Məsut Özilə layiqli əvəzləyici hesab edir. Həmçinin “Mançester Yunayted”, PSV və “Lion” da Yazıcının çıxışını müntəzəm izləyir. Fransa klubu isə sərfəli təklif gələcəyi təqdirdə aparıcı oyunçusunu satmağın əleyhinə deyil.

Qeyd edək ki, bu mövsüm 12 oyunda 7 qola imza atan Yusuf Yazıcının “Lill” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.