bazar, 17 avqust 2025

DÜNYA FUTBOLU

“Hələlik bu barədə deyə biləcəyim nəsə yoxdur” - Kuman

12.11.2020 17:20 Oxundu 459

“Barselona”nın baş məşqçisi Ronald Kuman “Liverpul”un futbolçusu Jorjinyo Vaynaldumu transfer edəcəkləri barədə yayılan xəbərlərə münasibət bildirib.

“CEMPİON.AZ” “Diario Sport”a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis gələcəkdə bu keçidin baş tuta biləcəyini deyib:

“Jorjinyo yaxşı futbolçudur. Amma indi “Liverpul”dadır. O, gələcəkdə “Barselona”nın seçimi ola bilər. Hələlik bu barədə deyə biləcəyim nəsə yoxdur”.

Qeyd edək ki, “Liverpul”la 2021-ci ilin yayınadək müqaviləsi olan Vaynaldum bu mövsüm 13 matça çıxıb.