12.11.2020 17:53
446

"Bavariya"nın futbolçusu Jerom Boatenq bu mövsümün sonu Münhen təmsilçisini tərk edəcək.
“CEMPİON.AZ” Almaniya mətbuatına istinadən xəbər verir ki, klub 32 yaşlı müdafiəçi ilə 2021-ci ilin yayı başa çatacaq müqaviləni yeniləməməyə qərar verib. Beləliklə, o, gələn yay azad agent olacaq.
Qeyd edək ki, Boatenqlə "Arsenal", "Çelsi", "Tottenhem"in maraqlandığı bildirilir.