bazar, 17 avqust 2025

BİZİM FUTBOL

"Altı gündə 3 matça çıxırıq” - Lük Holts

12.11.2020 16:12 Oxundu 454

 "İlk yarıda çox yaxşı müdafiə olunduq. 60-cı dəqiqədən sonra işimiz çətinləşdi. Dəyişikliklərdən sonra sürət və dəqiqlik çatışmadı".

“CEMPİON.AZ” xəbər verir ki, bu fikirləri Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı rəqibi Lüksemburq komandasının baş məşçisi Lük Holts Avstriyaya 0:3 hesabı ilə uduzduqları yoldaşlıq oyundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis oyunçu əvəzləmələrinin komandanı oyun ritmindən çıxardığını bildirib. 3 matç üçün 23 futbolçuya dəvət göndərən baş məşqçi heyətin geniş olmamasından şikayətlənib.

O, qısa zaman ərzində 3 oyunun keçirilməsini də məqsədəuyğun hesab etməyib: "Altı gündə 3 matça çıxırıq. UEFA-dan kimsə yoldaşlıq görüşlərinin belə vaxtlarda keçirilməsindən narahat deyil? İşlərə futbol oynayıb-oynamadığından əmin olmadığım insanlar qərar verir".

Holts artıq Millətlər Liqasındakı son matçlara kökləndiklərini söyləyib: "Bütün hazırlığı Kipr və Azərbaycanla oyuna görə qurmuşuq. Futbolçuların bu gün yenidən canlanmağa vaxtları olacaq".

Qeyd edək ki, Lüksemburq noyabrın 14-də Kiprlə, 3 gün sonra isə Azərbaycanla üz-üzə gələcək.