bazar, 17 avqust 2025

DÜNYA FUTBOLU

“Hər şeyin belə bitməsi üzücüdür” – Gürcüstan millisinin baş məşqçisi

13.11.2020 11:40 Oxundu 478

Gürcüstan milli komandasının baş məşqçisi postunu tərk edəcək.

“CEMPİON.AZ” xəbər verir ki, bunu təcrübəli mütəxəssisin özü açıqlayıb.
O, AVRO-2020-nin pley-off mərhələsinin Şimali Makedoniya ilə final matçında 0:1 hesablı məğlubiyyətdən sonra məsuliyyəti üzərinə götürüb: “Məğlubiyyətin məsuliyyətini üzərimə götürürəm. Gürcüstanda hamı ümidli olsa da, biz uduzduq. Mənim buradakı fəaliyyətim Millətlər Liqasının qarşıdakı iki oyunundan sonra başa çatacaq. Hər şeyin belə bitməsi üzücüdür”.

Qeyd edək ki, Vayssın yetirmələri noyabrın 15-də Ermənistan, 18-də Estoniya ilə qarşılaşacaq.