bazar, 17 avqust 2025

DÜNYA FUTBOLU

Super Liqada texniki məğlubiyyət veriləcək – Koronavirusa görə

13.11.2020 12:43 Oxundu 459

Türkiyə Futbol Federasiyasının və Klublar Birliyinin bugünkü iclasında koronavirus pandemiyası ilə bağlı yeni qərar qəbul olunub.

“CEMPİON.AZ” xəbər verir ki, 2020/21 mövsümündə Super Liqada artıq texniki məğlubiyyət keçərli olacaq.

Qərara əsasən, hər hansı bir klubda koronavirusa yoluxma səbəbindən əsas komanda üçün sifariş olunan sağlam futbolçu sayı 14-dən az olarsa, qarşılaşma təxirə salınmayacaq. Belə olan halda həmin kluba texniki məğlubiyyət veriləcək. Bu qərarın yaxın günlərdə TFF-nin İdarə Heyətinin iclasında təsdiqlənməsi gözlənilir.

Qeyd edək ki, bu qanun mövsümün əvvəlindən Türkiyə kubokunda keçərlidir.