13.11.2020 12:38
476

Braziliya millisinin lideri Neymar yığmaının qarşıdakı oyunlarında iştirak etməyəcək.
“CEMPİON.AZ” Fransa mətbuatına istinadən xəbər verir ki, zədəli olan PSJ-nin hücumçusu noyabrın ortalarına qədər meydana çıxa bilməyəcək.
Neymar millinin DÇ-2022-nin seçmə mərhələsində noyabrın 14-də Venesuela və 18-də Uruqvayla keçiriləcək qarşılaşmalarında meydanda olmayacaq. Onun artıq yığmanın heyətindən çıxarıldığı bildirilir.
Xatırladaq ki, Neymar Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun "Başakşəhər"lə görüşdə bud əzələsindən zədələnmişdi.