13.11.2020 17:47
491

Formula 1-in 2021-ci il mövsümü üçün yayımlanan təqvimində Braziliyada keçiriləcək Qran-Pri də yer alıb.
“CEMPİON.AZ” xarici KİV-lərə istinadla xəbər verir ki, San Paulanın qubernatoru Juan Doria mətbuat konfransında Formula 1 ilə yeni 5 illik razılaşma imzalandığını bildirib. Razılaşmaya əsasən, İnterlaqos trasında keçiriləcək yarış San Paulo Qran-Prisi adlanacaq.