bazar, 17 avqust 2025

DÜNYA FUTBOLU

Ronaldo iddialarını rədd etdilər

14.11.2020 19:55 Oxundu 520

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo  yaxın vaxtlarda " Mançester Yunayted"ə qayıtmayacaq.

“CEMPİON.AZ” "Manchester Evening News"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 35 yaşlı hücumçunu almaq niyyətində deyil.

"Mançester Yunayted" nümayəndələsi tərəflər arasında heç bir təklifin  müzakirə edilmədiyini açıqlayıb.

Qeyd edək ki, İngiltərə klubunun Ronaldo ilə maraqlandığı iddia olunurdu.

Xatırladaq ki, Kriştiano 2003-2009-cu illərdə "Mançester Yunayted" də oynayıb.