
Azərbaycan yığmasının Millətlər Liqasının B liqasına yüksəlməyəcəyi rəsmiləşib.
"CEMPİON.AZ" xəbər verir ki, buna V turda keçirilən matçlardan sonra aydınlıq gəlib.
Xorvatiyanın Zapreşiç şəhərində Monteneqronu qəbul edən Canni de Byazinin yetirmələri rəqibi ilə qolsuz bərabərə qalıb. Yığmamızın yer aldığı 1-ci qrupun digər qarşılaşmasında Kipr öz meydanında Lüksemburqa 2:1 hesabı ilə qalib gəlib.
Qeydə alınan nəticələrlə son tur öncəsi millimizlə liderliyə yüksələn Monteneqro arasında xal fərqi 5-də qalıb. Birinciliyi əldən verən komandamızın D liqasına düşmək təhlükəsi isə hələ də davam edir.
Qeyd edək ki, Azərbaycan yığması son tur çərçivəsində noyabrın 17-də Lüksemburqun qonağı olacaq.
1 |
Monteneqro |
5 |
3 |
1 |
1 |
6-2 |
10 |
2 |
Lüksemburq |
5 |
3 |
0 |
2 |
7-5 |
9 |
3 |
Azərbaycan |
5 |
1 |
2 |
2 |
2-4 |
5 |
4 |
Kipr |
5 |
1 |
1 |
3 |
2-6 |
4 |