bazar, 17 avqust 2025

DÜNYA FUTBOLU

İspaniya millisinin tarixində yeni rekord

15.11.2020 15:34 Oxundu 438

İspaniya millisinin və “Real”ın futbolçusu Serxio Ramos yeni rekorda imza atıb.

“CEMPİON.AZ” xəbər verir ki, 34 yaşlı müdafiəçi buna Millətlər Liqasının 5-ci turunda İsveçrə ilə matçda (1:1) nail olub. O, həmin oyunda iştirak etməklə yığmanın heyətində çıxdığı qarşılaşmaların sayını 177-yə çatdırıb. Bu isə Avropada milli komandalar üçün yeni rekord sayılır.

Bunadək ən yüksək göstərici İtaliya yığmasında 176 oyun keçirən Canluici Buffona məxsus idi.  

Qeyd edək ki, İsveçrə - İspaniya görüşü 1:1 hesablı heç-heçə ilə başa çatıb.