bazar, 17 avqust 2025

BİZİM FUTBOL

Rüfət Dadaşov yeni müqavilə bağladı

16.11.2020 11:17 Oxundu 560

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov klubu “Finiks Rizinq”lə yeni müqavilə imzalayıb.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Milli Futbol Liqasında (USL) çıxış edən klub əsas heyət oyunçularından 8-i yeni müqavilə bağlandığını bəyan edib ki, onlar arasında Dadaşov da var. 29 yaşlı forvard bu ayın sonuna qədər olan sözləşməsinin müddətini daha 1 illik uzadıb.

Qeyd edək ki, Rüfət Dadaşov “Finiks Rizinq”ə bu ilin yanvarında Almaniyanın “Proysen Münster” klubundan keçib.