16.11.2020 13:08
415

“Səbail”in qvatemalalı qapıçısı Nikolas Hagen ölkəsinin mətbuatına açıqlama verib.
“CEMPİON.AZ” xəbər verir ki, “İnvictos Guate” saytına danışan futbolçu “Səbail”i seçməsinin səbəbini açıqlayıb:
“Mənim üçün vacib olan daha çox oyun şansı qazanmaqdır. Bunun bir futbolçu olaraq inkişafımın əsas parçası olduğunu düşünürəm. Nə qədər çox təcrübəyə sahib olsam, daha çox inkişaf edəcəm. Etmək istədiyim budur, bunun üçün Qvatemaladan ayrılıb bura gəldim.
Burda inkişaf etmək mümkündür və mənim buna potensialım var. Uzun müddət burda olmaq istəyirəm. Hədəfim gələcəkdə qvatemalalı futbolçular üçün yeni yol açmaqdır”.
Qeyd edək ki, Nikolas Hagen 2020/2021 mövsümünün əvvəlindən "Səbail"də çıxış edir.