bazar, 17 avqust 2025

BİZİM FUTBOL

“Ruhdan düşmürük” - Ramil Şeydayev

16.11.2020 17:03 Oxundu 525

 
"Biz evimizə 3 xalı gətirə bilmədik, amma ruhdan düşmürük".

“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri millimizin hücumçusu Ramil Şeydayev Millətlər Liqasının 5-ci turunda Monteneqro ilə qolsuz heç-heçə etdikləri oyundan sonra İnstaqram hesabında yazıb.

"Sabah"ın futbolçusu qrup mərhələsinin sonuncu turunda Lüksemburqla keçiriləcək oyuna hazırlaşdıqlarını bildirib: "Biz komandayıq və mütləq uğura birlikdə nail olacağıq".

Qeyd edək ki, noyabrın 17-də "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.