cümə axşamı, 25 iyun 2026

DÜNYA FUTBOLU

Suares koronavirusa yoluxdu

17.11.2020 10:53 Oxundu 577

"Atletiko"nun və Uruqvay millisinin futbolçusu Luis Suaresin koronavirusa yoluxub.

“CEMPİON.AZ” Uruqvay Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı hücumçunun testi müsbət nəticə verib. Bu səbəbdən o, qarşıdakı görüşləri buraxmalı olacaq.

Uruqvay yığması noyabrın 18-də Braziliya ilə dünya çempionatının seçmə oyununda üz-üzə gələcək. Noyabrın 21-də isə "Atletiko" İspaniya La Liqasının 10-cu turunda "Barselona" ilə qarşılaşacaq.