bazar, 17 avqust 2025

DÜNYA FUTBOLU

Millinin heyətini tərk etdilər

17.11.2020 11:04 Oxundu 439

İngiltərə millisinin futbolçularından Cordan Henderson (“Liverpul”) və Rahim Sterlinq (“Mançetser Siti”) yığmanın düşərgəsini tərk ediblər.

“CEMPİON.AZ” BBC-yə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi və 26 yaşlı hücumçu zədəli olduqları üçün belə bir addım atıblar. Onlar Millətlər Liqasının 6-cı turunda İslandiya ilə oyunda iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, 18 noyabr (sabah) “Uembli” stadionunda keçiriləcək İngiltərə - İslandiya matçı Bakı vaxtı ilə 23:45-də başlayacaq.