17.11.2020 11:57
498

İngiltərənin “Çelsi” klubu “Vest Hem”in futbolçusu Deklan Raysı transfer etməyə qərar verib.
“CEMPİON.AZ” xəbər verir ki, “zadəganlar” bu keçid üçün 5 futbolçusunu satmağa da razıdır.
Klub rəhbərliyi Raysı gələn ilin yanvarında heyətinə qatmaq üçün 67 milyon funt sterlinq ödəməlidir. Bu məbləğ isə oyunçu satışından əldə olunacaq. “Çelsi” Antonio Rudiger, Olivye Jiru, Emerson Palmyeri, Danni Drinkuoter və Temue Bakayokonu satmağı planlaşdırır.