bazar, 17 avqust 2025

BİZİM FUTBOL

Azərbaycan kubokunun iştirakçıları bilindi

17.11.2020 12:21 Oxundu 468

Azərbaycan kubokunda 2020/2021-ci illər mövsümünün iştirakçı komandaların sayı və püşkatmanın tarixi müəyyənləşib. 

“CEMPİON.AZ” xəbər verir ki, yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” mübarizə aparacaq. 

12 komandanın qatılacağı turnirin püşkatma mərasimi noyabrın 24-də AFFA-nın inzibati binasında keçiriləcək. Saat 13:00-da başlayacaq tədbir Azərbaycan Respublikası ərazisində koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olacaq. Püşkatma “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.