bazar, 17 avqust 2025

DÜNYA FUTBOLU

Ramosun klubdan getməsinə mane olmayacaqlar

17.11.2020 12:40 Oxundu 504

“Real”ın prezidenti Florentino Peres kapitan Serxio Ramosun klubdan ayrılmasına mane olmayacaq.

“CEMPİON.AZ” xəbər verir ki, 73 yaşlı rəhbər “Chiringuito TV”yə müsahibəsində bu haqda danışıb. O, 34 yaşlı müdafiəçi ilə 1 illik yeni müqavilə imzalamaq üçün danışıqlarda fəal iştirak etdiyini deyib. Lakin Peres futbolçunun başqa bir kluba keçmək istəyəcəyi təqdirdə ona mane olmayacağını bildirib.

Bunan əvvəl ispaniyalı oyunçu ilə PSJ, “Yuventus”, “Mançester Yunayted” və “Mançester Sit”nin yaxından maraqlandığı bildirilmişdi.

Qeyd edək ki, “kral klubu” ilə sözləşməsinin müddəti 2021-ci ilin yayında başa çatacaq Ramos “Real”ın heyətində bu mövsüm 10 matça çıxaraq, 3 qol vurub və 1 qolun ötürməsini verib.