bazar, 17 avqust 2025

DÜNYA FUTBOLU

Markus Reşforddan alqışa layiq addım

17.11.2020 13:03 Oxundu 531


“Mançester Yunayted”in futbolçusu Markus Reşford kitab klubu yaradıb.

“CEMPİON.AZ” “Sky Sports”a istinadən xəbər verir ki, 23 yaşlı hücumçu xüsusilə, imkansız ailələrin uşaqlarına oxumaq sevgisini aşılamaq üçün belə bir addım atıb. Buna görə də o, xeyriyyə təşkilatları ilə əməkdaşlıq edəcək və kitabları pulsuz paylayacaq.

Qeyd edək ki, Reşford özünüinkişafa dair bir elmi kitabın müəllifidir. Bundan əlavə, o, 2022-ci ildə 7 yaşdan yuxarı uşaqlar üçün iki kitb çıxarmaq niyyətindədir.