bazar, 17 avqust 2025

DÜNYA FUTBOLU

İbrahimoviç “Milan”la müqaviləni yeniləyir

17.11.2020 14:42 Oxundu 449

“Milan” futbolçusu Zlatan İbrahimoviçlə müqaviləsini yeniləmək niyyətindədir.


“CEMPİON.AZ”  “La Gazetta dello Sport”a istinadən xəbər verir ki, İtaliya klubu 39 yaşlı hücumçunun sözləşməsini daha 1 il- 2022-ci ilin yayınadək uzatmağı planlaşdırır.

İbrahimoviç isə komandanın Çempionlar Liqasına düşə biləcəyindən əmindir. Buna görə də o, klubda qalmağa hazırdır.
İsveçli oyunçunun hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, İbrahimoviç bu mövsüm A Seriyasında 5-matça çıxıb və 8 qol vurub.