bazar, 17 avqust 2025

BİZİM FUTBOL

“Makkabi”ni paytaxtımızda qəbuletmək istəyirik” – Əmrah Çelikəl

17.11.2020 16:15 Oxundu 472

 “Qarabağ” Avropa Liqasının qrup mərhələsində son ev oyununu Bakıda keçirə bilər.

“CEMPİON.AZ” xəbər verir ki, bu haqda Ağdam klubunun direktoru Əmrah Çəlikəl məlumat verib.

Klub rəsmisi V tur çərçivəsində İsrail təmsilçisi Təl-Əviv “Makkabi”sini paytaxtda qəbul etmək niyyətində olduqlarını söyləyib.
Çəlikəl hətta UEFA-ya rəsmi müraciət ünvanladıqlarını da vurğulayıb: “Əslində, “Sivasspor”la oyunu da Bakıda keçirmək istəyirdik. Ancaq UEFA matçın İstanbulda baş tutmasını qərara aldı. “Makkabi”ni paytaxtımızda qəbul etmək istədiyimizi UEFA-ya bildirmişik. Bununla bağlı yekun qərar bu həftə ərzində bilinəcək”.

Qeyd edək ki, “Qarabağ” – “Makkabi” oyunu dekabrın 3-də keçiriləcək. Azərbaycan çempionu qrupda “Vilyarreal”ı (İspaniya) “Başakşəhər Fatih Terim” stadionunda qəbul edib və 1:3 hesabı ilə məğlub olub. Qurban Qurbanovun komandası noyabrın 26-da Türkiyə təmsilçisi “Sivasspor”la ev matçını da həmin arenada keçirəcək.