bazar, 17 avqust 2025

BİZİM FUTBOL

Millimiz tilsimi qıra bilmədi

18.11.2020 01:51 Oxundu 518

Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.
 
“CEMPİON.AZ” xəbər verir ki, Canni de Byazinin rəhbərlik etdiyi yığmamız Lüksemburqun qonağı olub. Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb. Bu, yığmamızın turnirdə ardıcıl 4-cü qolsuz heç-heçəsi olub.
 
Millimiz yarışla vidalaşsa da, 3-cü pillədəki mövqeyini qorumaqla C liqasında qalıb. 4-cü sıraya yuvarlanmaq C liqasında qalmaq uğrunda pley-off matçlarına qatılmaqla nəticələnə bilərdi.
 
Qrupun digər matçında Monteneqronun Kiprə qalib gəlməsi (4:0) yığmamızın 3-cü pillədəki yerini qorumasına səbəb olub. Balkanlar isə qələbə sayəsində qrup lideri kimi B liqasına yüksəlib.


17 noyabr

Millətlər Liqası

C liqası, 1-ci qrup

6-cı tur


23:45. Lüksemburq - Azərbaycan - 0:0
Baş hakim: Feliks Zvayer (Almaniya)
Lüksemburq. Joze Bartel stadionu

23:45. Monteneqro - Kipr - 4:0
Qollar: Yovetiç, 14 (1:0), Bolyeviç, 25 (2:0), 28 (3:0), Muqosa, 60 (4:0)

 
1 Monteneqro 6 4 1 1 10 2 13
2 Lüksemburq 6 3 0 2 7 5 9
3 Azərbaycan 6 1 2 2 2 4 5
4 Kipr 6 1 1 4 2 10 4