bazar, 17 avqust 2025

BİZİM FUTBOL

“Yeganə çatışmazlıq qol idi” - Luk Holtz

18.11.2020 02:55 Oxundu 559


Lüksemburq millisinin baş məşqçisi Luk Holtz Millətlər Liqasının 6-cı turunda Azərbaycanla matçdan (0:0) sonra oyun haqqında fikirlərini bölüşüb.

“CEMPİON.AZ” xəbər verir ki, 51 yaşlı mütəxəssis görüşdən sonra keçirilən mətbuat konfransında bunları deyib:

“Oyun gözlədiyimiz kimi keçdi. İlk hissədə komandamız çox yüksək səviyyəli oyun nümayiş etdirdi. Təəssüf ki, penaltidən istifadə edə bilmədik. Fasilədən sonra Azərbaycan millisi daha yaxşı oynadı. Pressinq tətbiq edərək bir neçə dəfə əks-hücumlar təşkil etdi. Ümumilikdə maraqlı oyun keçdi. Oyunda yeganə çatışmazlıq qol idi”.