bazar, 17 avqust 2025

DÜNYA FUTBOLU

Portuqaliya və Fransa qələbə qazandı, Almaniya...

18.11.2020 10:40 Oxundu 509

Millətlər Liqasında qrup mərhələsinin VI turu start götürüb.

“CEMPİON.AZ” xəbər verir ki, turun ilk günündə 5 qrupda 8 oyun keçirilib.

A liqasının 3-cü qrupunda qalib adını öncədən təmin edən Fransa İsveçə qalib gəlib. Bu məğlubiyyət skandinaviyalıları B liqasına yuvarlayıb. Xorvatiya isə Portuqaliya ilə matçda xalsız qalıb.

4-cü qrupda Almaniyanı darmadağın edən İspaniya final mərhələsinə yüksəlib. A liqasında qalacaq komandanı müəyyənləşdirəcək İsveçrə - Ukrayna görüşü koronavirus pandemiyası üzündən ləğv edilib. Matçın və B liqasına düşəcək komandanın taleyinə UEFA aydınlıq gətirəcək.

C liqasının 1-ci qrupunda qalib adını Monteneqro qazanıb. Kipri məğlub edən balkanlılar B liqasına yüksəlib. Ada təmsilçisi isə D liqasına düşməmək uğrunda pley-offda qüvvəsini sınayacaq. Bu qrupda mübarizə aparan Azərbaycan millisi Lüksemburqla heç-heçə edib.

C liqasına yüksələn iki komandanın adı da bəlli olub. D liqasının 1-ci qrupunda Farer adaları Malta ilə heç-heçə edərək bu vəsiqələrdən birinə sahib olub. Qrupun digər matçında Latviya Andorranı üstələyib. 2-ci qrupun qalibi adına Lixtenşteynlə heç-heçə edən Cəbəllütariq yiyələnib.

Qeyd edək ki, qrup mərhələsinə noyabrın 18-də yekun vurulacaq.

Millətlər Liqası
VI tur
17 noyabr
A liqası
3-cü qrup
23:45. Xorvatiya - Portuqaliya - 2:3
Kovaçiç, 29, 65 - Dias, 52, 90+1, Joao Feliks, 60
23:45. Fransa – İsveç - 4:2
Jiru, 16, 59, Pavard, 36, Kuman, 90+5 - Klaesson, 4, Quaison, 88
1 Fransa 6 5 1 0 12-5 16
2 Portuqaliya 6 4 1 1 12-4 13
3 Xorvatiya 6 1 0 5 9-16 3
4 İsveç 6 1 0 5 5-13 3
 
4-cü qrup
23:45. İspaniya - Almaniya - 6:0
Morato, 17, Torres, 33, 55, 72, Rodri, 38, Oyarzabal, 89
23:45. İsveçrə - Ukrayna matçı ləğv olunub
1 İspaniya 6 3 2 1 13-3 11
2 Almaniya 6 2 2 2 10-13 9
3 Ukrayna 5 2 0 3 5-10 6
4 İsveçrə 5 0 3 2 6-8 3
 
C liqası
1-ci qrup
23:45. Monteneqro - Kipr - 4:0
Yovitiç, 14, Bolyeviç, 25, 28, Muqosa, 60
23:45. Lüksemburq - Azərbaycan - 0:0
1 Monteneqro 6 4 1 1 10-2 13
2 Lüksemburq 6 3 1 2 7-5 10
3 Azərbaycan 6 1 3 2 2-4 6
4 Kipr 6 1 1 4 2-10 4
 
D liqası
1-ci qrup
23:45. Andorra - Latviya - 0:5
Çernomordiys, 7, İkaunieks, 57, 60, Qutkovskis, 70 (pen.), Raymonds, 90 (pen.)
23:45. Malta - Farer adaları - 1:1
Quillaumyer, 54 - Yonsson, 70
1 Farer adaları 6 3 3 0 9-5 12
2 Malta 6 2 3 1 8-6 9
3 Latviya 6 1 4 1 84 7
4 Andorra 6 0 2 4 1-11 2
 
2-ci qrup
23:45. Cəbəllütariq - Lixtenşteyn - 1:1
Brendli, 17 (avtoqol) - Frik, 44 
1 Cəbəllütariq  4 2 2 0 3-1 8
2 Lixtenşteyn 4 1 2 1 3-2 5
3 San-Marino 4 0 2 2 0-3 2