cümə, 02 may 2025

DÜNYA FUTBOLU

Millətlər Liqası 2022-ci ildə başlayacaq

18.11.2020 12:29 Oxundu 1338

Azərbaycan yığması Millətlər Liqasında 2020/21 mövsümünü başa vurub.

“CEMPİON.AZ” xəbər verir ki, millimiz bu turnirdə növbəti çıxışını 19 ay gözləyəcək.

Millətlər Liqasının 2022/23 mövsümünün təqvimi də məlumdur. Yarış 2022-ci il iyunun 2-də start götürəcək. 
DÇ-2022 qışda keçirildiyindən Millətlər Liqası payızda deyil, yayda başlayacaq. İyunda ardıcıl 4 tur təşkil olunacaq. Sentyabrda isə qrup mərhələsi başa çatacaq.

İkinci mövsümü də uğursuz keçirən Azərbaycan millisi C liqasının 1-ci qrupunda 6 xalla 3-cü olub. Komandamız növbəti mövsümdə yenə C liqasında oynamalıdır. Təbii ki, UEFA növbəti dəfə turnirin formatını dəyişməsə.

Millətlər Liqasının təqvimi
Qrup mərhələsi
I tur – 2-4 iyun 2022
II tur – 5-7 iyun 2022
III tur – 9-11 iyun 2022
IV tur – 12-14 iyun 2022
V tur – 22-24 sentyabr 2022
VI tur – 25-27 sentyabr 2022
Final mərhələsi – iyun 2023
Liqada qalmaq üçün pley-off – mart 2024