bazar, 17 avqust 2025

DÜNYA FUTBOLU

Mario Balotelli imtina etdi – İngiltərədə oynamaqdan

18.11.2020 15:29 Oxundu 636

İtaliyal millisinin sabiq üzvü Mario Balotelli İngiltərə klubunun təklifini rədd edib.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. 30 yaşlı futbolçunun “Barnsli” klubundan təklif aldığı bildirilib.

Balotelli, Çempionşipdə oynamaq istəmədiyi üçün “Barnsli”nin təklifini qəbul etməyib. Tərəflər arasında ilkin danışıqlar yaxşı getsə də, daha sonra italyan hücumçu fikrindən daşınıb.

Qeyd edək ki, hazırda klubsuz olan Mario Balotelli İtaliyanın D Seriyası təmsilçisi “Françakorta”da məşq edir.