18.11.2020 16:15
615
615

Azərbaycan yığması Millətlər Liqasında çıxışını başa vurub.
“CEMPİON.AZ” xəbər verir ki, C liqasının 1-ci qrupunda uğursuzluğa düçar olan millimiz 6 oyunda cəmi 6 xal toplayaraq 4 ölkə arasında 3-cü yeri tutub.
Aktivində 1 qələbə, 3 heç-heçə və 2 məğlubiyyət olan Canni de Byazinin yetirmələri vur-tut 2 qol vurub, öz qapısından 4-nü buraxıb. İtaliyalı mütəxəssis isə turnir boyu axtarışda olub.
Bunun təsdiqdir ki, 6 görüşdə nə az, nə çox – 30 futbolçu yığma formasını geyinib. Heyəti formalaşdırmaq üçün axtarışları davam etdirən de Byazi yalnız iki futbolçuya bütün matçlarda güvənib. Qara Qarayevlə Ramil Şeydayev Millətlər Liqasının 6 görüşündə forma geyinib. Dəqiqə baxımından Qara yığmanın turnirdəki lideri olub.
Rəhim Sadıxov, Bədavi Hüseynov və Anton Krivotsyuk 5 dəfə şans qazanıb. Sonuncu iki oyunçu bir matçı cəza üzündən buraxıb.
| Futbolçular | oyun | dəqiqə | qol | sarı | qırmızı |
| Qara Qarayev | 6 | 510 | 0 | 1 | 0 |
| Ramil Şeydayev | 6 | 394 | 1 | 0 | 0 |
| Anton Krivotsyuk | 5 | 450 | 0 | 2 | 0 |
| Bədavi Hüseynov | 5 | 403 | 0 | 3 | 0 |
| Rəhim Sadıxov | 5 | 257 | 0 | 0 | 0 |
| Bəhlul Mustafazadə | 4 | 341 | 0 | 0 | 0 |
| Maksim Medvedev | 4 | 315 | 1 | 1 | 0 |
| Abbas Hüseynov | 4 | 312 | 0 | 1 | 0 |
| Elvin Camalov | 4 | 284 | 0 | 0 | 0 |
| Azər Salahlı | 4 | 282 | 0 | 1 | 0 |
| Namiq Ələsgərov | 4 | 194 | 0 | 1 | 0 |
| Emil Balayev | 3 | 270 | -4 | 0 | 0 |
| Şahrudin Məhəmmədliyev | 3 | 270 | 0 | 1 | 0 |
| Elvin Bədəlov | 3 | 247 | 0 | 0 | 0 |
| Mahir Emreli | 3 | 200 | 0 | 1 | 1 |
| Amin Seydiyev | 3 | 157 | 0 | 2 | 0 |
| Vüqar Mustafayev | 3 | 156 | 0 | 1 | 0 |
| Coşqun Diniyev | 3 | 94 | 0 | 1 | 0 |
| Tellur Mütəllimov | 2 | 150 | 0 | 0 | 0 |
| İsmayıl İbrahimli | 2 | 142 | 0 | 0 | 0 |
| Təmkin Xəlilzadə | 2 | 142 | 0 | 1 | 0 |
| Əli Qurbani | 2 | 69 | 0 | 0 | 0 |
| Rəhman Hacıyev | 2 | 49 | 0 | 0 | 0 |
| Araz Abdullayev | 2 | 38 | 0 | 0 | 0 |
| Xəyal Nəcəfov | 2 | 14 | 0 | 0 | 0 |
| Şəhriyar Əliyev | 1 | 47 | 0 | 0 | 0 |
| Renat Dadaşov | 1 | 32 | 0 | 0 | 0 |
| Adil Nağıyev | 1 | 23 | 0 | 0 | 0 |
| Vüsal İsgəndərli | 1 | 23 | 0 | 0 | 0 |
| Mirabdulla Abbasov | 1 | 10 | 0 | 0 | 0 |