bazar, 17 avqust 2025

DÜNYA FUTBOLU

Ramos “Real”da qalır

18.11.2020 17:42 Oxundu 471


İspaniyanın “Real” klubunun kapitanı Serxio Ramosun taleyinə aydınlıq gəlib.

“CEMPİON.AZ” xəbər verir ki, 34 yaşlı müdafiəçi madridlilərlə uzun sürən danışıqların yekununda ortaq məxrəcə gəlib.

PSJ-dən sərfəli təklif alan İspaniya millisinin üzvü “kral klubu”nun 2 illik yeni müqavilə təklifini müsbət cavablandırıb. İndi yalnız bəzi kiçik maliyyə məsələlərinin həlli qalıb. Bu ilin sonuna qədər münasibətlərin rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, Serxio Ramos 2005-ci ildən “Real”ın formasını geyinir.