bazar ertəsi, 18 avqust 2025

BİZİM FUTBOL

Haland millimizdən çox qol vurub – Millətlər Liqasında

19.11.2020 11:22 Oxundu 503

Millətlər Liqasında qrup mərhələsinin bombardirlərinin siyahısı açıqlanıb.

“CEMPİON.AZ” xəbər verir ki, turnirdə ən çox qol vuran futbolçu Erlinq Halanddır.

Hətta bir oyunu baş tutmasa belə Norveç yığmasının forvardı 6 qol vurub. Romelu Lukaku Eran Zahavi ondan bir top geri qalır.

Ən çox qol vuran oyunçular siyahısında Azərbaycan təmsilçisi yer almayıb. Bu da onunla bağlıdır ki, komandamız ümumilikdə cəmi 2 qol vurub. Bu, Halanddan üç dəfə azdır. Yığmamızda qolları Ramil Şeydayevlə Maksim Medvedev fərqlənib.

1. Erlinq Haland (Norveç) – 6
2-3. Romelu Lukaku (Belçika) – 5
Eran Zahavi (İsrail) – 5
4-11. Sokol Çikalleşi (Albaniya) – 4
Kristian Eriksen (Danimarka) – 4
Rauno Sappinen (Estoniya) – 4
Klemint Olsen (Farer adaları) – 4
Timo Verner (Almaniya) – 4
Stevan Yovetiç (Monteneqro) – 4
Haris Vuçkiç (Sloveniya) – 4
Fernan Torres (İspaniya) - 4