bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

Italiya 22 oyundur məğlub olmur

19.11.2020 12:34 Oxundu 486

Millətlər Liqasının son turunda Bosniya və Herseqovinanın qonağı olan İtaliya yığması 2:0 hesablı qələbə qazanaraq “Dördlər finalı”na vəsiqə əldə edib.

“CEMPİON.AZ” xəbər verir ki, “Skuadra Adzurra” bununla məğlubiyyətsiz oyunlar seriyasını 22-yə çatdırıb.
Roberto Mançininin yetirmələri bunun 17-də qələbə qazanıb, 5-də heç-heçə edib. Bununla komanda Marçello Lippinin rəhbərliyi altında 2006-cı ilin yayına qədər ardıcıl 25 oyundakı məğlubiyyətsiz oyunlar seriyasına bir qədər də yaxınlaşıb. İtalyanlar axırıncı dəfə 2018-ci il sentyabrın 10-da Millətlər Liqasında Portuqaliyaya uduzub (0:1).

Qeyd edək ki, Millətlər Liqasının final mərhələsi gələn ilin oktyabrında məhz İtaliyada keçiriləcək.