bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

Qvardiola yeni müqavilə imzalayacaq

19.11.2020 16:57 Oxundu 441

İngiltərənin “Mançester Siti” klubu baş məşqçisi Pep Qvardiola ilə yeni müqavilə barədə razılıq əldə edib.

“CEMPİON.AZ” xəbər verir ki, Premyer Liqa təmsilçisinin bir müddət əvvəl mütəxəssisə təqdim etdiyi şərtləri ailəsi ilə müzakirə edən ispaniyalı çalışdırıcı anlaşmanı imzalamağa razılıq verib.

Qvardiolanın hazırkı müqaviləsi 2021-ci ildə başa çatacaq. Mançester klubunda 5-ci mövsümünü keçirən Qvardiola 2 dəfə ölkə çempionu, 1 dəfə kubokun, 3 dəfə Liqa kubokun qalibi olub.