bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

“Liverpul” daha bir futbolçusunu itirdi

19.11.2020 17:54 Oxundu 472

“Liverpul” heyətlə bağlı ciddi problemlərlə üzləşməkdə davam edir.

“CEMPİON.AZ” “Sky Sport”a istinadən xəbər verir ki, “mersisaydlılar”ın daha 1 futbolçusu zədələnib. 19 yaşlı müdafiəçi Ris Uiliams bud əzələsindən xəsarət alıb.

İngiltərəli oyunçunun Premyer Liqanın 9-cu turunda “Lester”lə matçda iştirakı sual altındadır.

Qeyd edək ki, “Liverpul”un futbolçularından Vircil van Deyk, Fabinyo, Joe Qomes, Cordan Henderson, Endryu Robertson və Trent Aleksander-Arnold zədə səbəbi ilə sıradan çıxıb, Məhəmməd Salah isə koronavirusa yoxulub.