19.11.2020 18:22
557


"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vilyarreal"ının futbolçusu an itirdiyi pasportunu sosial şəbəkə vasitəsi ilə tapıb.
“CEMPİON.AZ” xəbər verir ki, bu barədə ekvadorlu müdafiəçi özünün "Tvitter" səhifəsində yazıb.
22 yaşlı oyunçu sosial şəbəkə hesabında paylaşım edərək ölkəsindən İspaniyaya qayıda bilməsi üçün lazımi sənədin tapılmasında yardım istəyib. O, paylaşımın altında əlaqə nömrəsi qoyub.
Bu gün isə pasportu tapan azarkeşlərlə şəklini paylaşan futbolçu onlara təşəkkür edib: "Yardımlarınız sayəsinde ən önəmli çantamı ve pasportumu tapdım. Tanrı sizi qorusun".
Qeyd edək ki, Estupinan Ekvador millisi ilə dünya çempionatının seçmə mərhələsində evdə Kolumbiyaya 6:1 hesabı ilə qalib gəldikləri son oyunda sonuncu qolun müəllifi olub.