bazar ertəsi, 18 avqust 2025

DİGƏR NÖVLƏR

Avropa çempionatı təxirə salındı

19.11.2020 19:17 Oxundu 453

Moskvada bu il keçirilməsi nəzərdə tutulan ağırlıqqaldırma üzrə Avropa çempionatı 2021-ci ilə təxirə salınıb.

“CEMPİON.AZ” Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, turnir 2021-ci il aprelin 3-dən 11-dək keçiriləcək.

Qeyd edək ki, qitə çempionatı bu ilin aprelində keçirilməli idi. Ancaq koronavirus pandemiyası səbəbindən oktyabrın sonu - noyabrın əvvəlinə təxirə salınmışdı.

Ağırlıqqaldırma üzrə Avropa çempionatı Tokio Olimpiadasına lisenziya xarakteri daşıyır. Tokio Olimpiadası da koronavirus pandemiyası səbəbindən təxirə salınıb və oyunların 2021-ci il iyulun 23-dən avqustun 8-dək təşkil edilməsi planlaşdırılır.