20.11.2020 11:19
451

Türkiyənin daha iki klubunda koronavirusa yoluxma halı müşahidə olunub.
“CEMPİON.AZ” xəbər verir ki, Super Liqa təmsilçiləri “Fənərbaxça” və “Başakşəhər”də 1 futbolçunun testi pozitiv çıxıb.
Oyunçuların adları açıqlanmasa da, “Başakşəhər”də virusa yoluxanın Türkiyə yığmasından düşərgəyə yeni qayıtdığı bildirilib. Hər iki futbolçu karantinə alınıb.
Qeyd edək ki, dünən Super Liqanın digər təmsilçisi “Konyaspor”da 2 futbolçunun virusa yoluxduğu açıqlanıb.