20.11.2020 12:36
453
453

İtaliyanın “Yuventus” klubunun futbolçusu Sami Xedira karyerasını İngiltərədə davam etdirə bilər.
“CEMPİON.AZ” xəbər verir ki, almaniyalı yarımmüdafiəçi “Mançester Yunayted” və “Everton”un maraq dairəsinə düşüb.
Hər iki klub Xediranı 2021-ci ilin yanvarında heyətinə qatmaq istəyir. Almaniyalının transferi 4 milyon avro ilə qiymətləndirilir.
Qeyd edək ki, Sami ilə MLS klubları da maraqlanır.