cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Millimizin futbolçusu Ukrayna klubunda

20.11.2020 17:51 Oxundu 496


Azərbaycan yığmasının futbolçusu Hüseyn Əhmədov karyerasını Ukraynada davam etdirəcək.

“CEMPİON.AZ” xəbər verir ki, 20 yaşlı müdafiəçi “İnqulets” klubuna keçib.

Ölkəmizin U-17 və U-19 komandalarında oynamış Əhmədov Premyer Liqa təmsilçisi ilə 1+1 illik müqaviləyə imza atıb. Karyerası ərzində “Helios” (Ukrayna), “Əlincə” və “Zirə” olan müdafiəçinin son klubu “Neftçi-2” olub.

Paytaxt təmsilçisinin sabiq baş məşqçisi Füzuli Məmmədov onu “ağ-qaralar”ın əsas komandasında da görmək istəyib. “Neftçi”nin düşərgəsində zədələnən Hüseyn klubdan ayrılıb. Sonradan fərdi bərpa prosesi keçən müdafiəçi “Sumqayıt”ın da maraq dairəsində olub. Ayxan Abbasovun heyətə qatmaq istədiyi Əhmədovla “Gənclik şəhəri” təmsilçisi arasında ilkin razılıq da əldə edilib. Lakin Ukrayna Premyer Liqasında oynamaq variantı yaranan futbolçu legioner həyatı yaşamağa üstünlük verib. Bir müddət öncə baxışa yollanan müdafiəçi yeni klubu ilə anlaşıb. Onun müqavilə bağlamasına “Neftçi” lazımı şəraiti yaradıb. 

Qeyd edək ki, Premyer Liqanın debütantı olan “İnqulets” 9 turdan sonra 7 xalla 14 komanda arasında 11-cidir.