bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

Millinin baş məşqçisi ola bilər

20.11.2020 18:23 Oxundu 490
 
Xorxe Sampaoli Kolumbiya milli komandasının baş məşqçisi təyin oluna bilər.

“CEMPİON.AZ” xəbər verir ki, federasiya rəhbərliyi hazırda Braziliyanın “Atletiko Mineyro” klubunu çalışdıran mütəxəssislə danışıqlara başlayıb.

60 yaşlı çalışdırıcı A seriyası başa çatmadan klubdan ayrılmaq istəmədiyini bəyan edib. Sampaoli mövsümü çempion kimi bitirdikdən sonra Kolumbiya yığmasını çalışdırmaq istəyir. Onun müqaviləsi isə 2021-ci ilin sonunda başa çatacaq.

Qeyd edək ki, hazırda Kolumbiya yığmasını Nestor Lorenzo çalışdırır.